International Baku Tango Festival


International Baku Tango Festival is coming back on 28 November – 1 December with its 3rd edition promoted and organized by Embassy of Argentina in Azerbaijan and United Cultures, in collaboration with The Landmark Baku, Baku Metropolitan, Nizami Cinema Center and Nizami Restaurant and Lounge with the support of the Ministry of Culture of Azerbaijan, ADA University, Baku Choreographic Academy, Azerbaijan State University of Culture & Arts, NESS Company, IN Tango Baku, Tango On, El Club de Tango, Badi Kuba, R&N-project Dance School in Baku and Macrobiosis Tango School.

The aim of the festival is to promote and celebrate the culture and the music of Argentina, an invitation to discover artists, dancers, and rhythms.

Highly acclaimed international dancers will share their passion with you. Special guests of this 3rd edition will be Agustina  Piaggio &  Maksime  Gerasimo (Argentina/Russia), Dance Winners of the 2019 World and Europe Championships on Argentine, Julio Saavedra & Tekla Gogrichiani  (Argentina/Georgia), Jakof Shonsky & Mariam Rossa  (Georgia) and Cecilia Acosta & Levan Gomelauri  (Georgia). They will fascinate you with the perfect elegance of their movements.

We are proud to announce the participation of Victor Hugo Vilena and Lautaro Tissera. Victor Hugo Vilena, bandoneon virtuoso trained in Argentina, is considered one of the best bandoneonists of his generation and Lautaro Tissera is one of the most prominent virtuosos guitarists in the contemporary Tango and Music Argentinian.

We are inviting you for our 3 days’ festival to watch, listen and dance.

In between the performances, the dancing floor is going to be open to the public for social tango dancing, so everyone will be able to feel the argentine Tango atmosphere.

Those who say that you can’t dance the Tango if you are not argentine, are mistaken.

Tango was immigrant music, so it does not have a nationality, its only passport is feeling.

Tango is a lesson of adaptation, the expression of our intuitive understanding of the present moment, the music, our partner and the couples around.


Beynəlxalq Bakı Tanqo Festivalı

Argentinanın Azərbaycandakı Səfirliyi“United Cultures”-in The Landmark Baku, Bakı Metropoliteni, Nizami Kino MərkəziNizami Restaurant&Lounge ilə birgə  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, NESS Company, IN Tango Baku, Tango On, El Club de Tango, Badi Kuba və R&N-project Dance School in Baku, Macrobiosis Tango School-nun dəstəyi ilə təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 28 Noyabr – 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır.

Festivalın məqsədi Argentina mədəniyyəti və musiqisini tanıtmaq və iştirakçıları yeni sənətçilər, rəqqaslar və ritmlər kəşf etməyə dəvət etməkdir.

Festivalda nüfuzlu beynəlxalq rəqqaslar ehtiras dolu duyğularını paylaşacaqlar. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski & Maryam Rossa (Gürcüstan) və Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) iştirak edəcəklər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran edəcəklər.

Böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, festivalda Viktor Hüqo Vilena və Lautaro Tisseranı da görə biləcəksiniz. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Vilena dövrün ən yaxşı bandoneonistlərindən biri hesab olunur. Lautaro Tissera isə müasir tanqo və Argentina musiqisində ən görkəmli gitara ifaçılarından biridir.

Möhtəşəm şounu izləmək, musiqi dinləmək və rəqs etmək üçün sizi 3 günlük festivala dəvət edirik.

Çıxışlar arasındakı intervallarda rəqs səhnəsi sərbəst tanqo üçün sizin ixtiyarınıza veriləcək və hər kəs Argentinanın Tanqo ruhunu hiss edə biləcək.

“Argentinalı olmayanlar tanqo oynaya bilməzlər” deyənlər çox yanılırlar.

Tanqo, əslində, immiqrant musiqisidir. Yəni, bu rəqsin milliyyəti yoxdur. Onun yeganə mənsubiyyəti yaratdığı hisslərdir.

Tanqo adaptasiya olmaq üçün bir dərs, yaşadığımız anın, musiqinin, tərəf müqabilimizin və ətrafda rəqs edən cütlüklərin instinktiv qavranılmasının ifadə formasıdır.